SU ANBARLARININ ƏTRAF MÜHİTƏ VƏ ƏHALİNİN SAĞLAMLIĞINA TƏSİRİ
Main Authors: | Ənsərova Aynur, Gülnarə Vəliyeva, Pərvanə Mahmudova, Nailə Məmmədova |
---|---|
Format: | Article Journal |
Bahasa: | aze |
Terbitan: |
, 2020
|
Subjects: | |
Online Access: |
https://zenodo.org/record/3908917 |
Daftar Isi:
- Tədqiqatın məqsədi. Su anbarlarında fitoplanktonun fotosintez prosesində sintez etdiyi ilkin məhsulun, destruksiya olunan ümumi üzvi maddələrin miqdarının təyin edilməsi ilə bioloji məhsuldarlığın formalaşmasının əsaslandırılması. Tədqiqatın material və metodları. Üzvi maddələrin biodestruksiyası Vinkler-Vinberq üsulları ilə təyin edilmişdir. Fitoplanktonun (yosunların) ilkin məhsulu karbon 14 izotopu vasitəsilə (Stemann Nilsen; Sorokin) ənənəvi klassik üsullarla təyin edilmişdir. 2010-2016-ci illərdə ilin fəsilləri üzrə 2296 məntə-stansiyada 1897-su, lil-qurunt nümunələri toplanmış və həmin nümunələrdən istifadə etməklə 5319 analiz-əkmələr tərəfimizdən aparılmışdır. Tədqiqatın nəticələri. Mingəçevir və Şəmkir su anbarında güclü küləklər əsir.Şəmkir su anbarının sağ sahilinə qonşuluqda yerləşən Sarı təpədən əsən güclü küləklər son vaxtlar azalıb deyə qurunt suların üst qata miqrasiyası güclənib. Bu səbəbdən Mingəçevir, Yenikənd su anbarının sahil əraziləri uçulur, su anbarına min kub metrlərlə torpaq tökülür, su tutumu azalır. Bu yolla Mingəçevir su anbarında son 60 ildə sahil ərazilər 150-350 m artmış anbarın sahəsi 1 km2 artmış, su tutumu isə 1,9 km3 azlmış, son illərdə hər il Mingəçevir su anbarında 3,84 milyon ton lil torpaq əlavə olunmuşdur. Mingəçevir su anbarında istifadə olunmayan su hövzədə cəmləşən suyun 50%- dən çoxunu təşkil edir. Su anbarlarından çəkilən Yuxarı Qarabağ və Şirvan su kanalları məcrası ekranlaşmadığından 30-45% su itkisinə yol verilir. Xəstəliklərin yayaılmasında su anbarları 3 zəmin yaradır. 1) Xəstəliklərin və mikrobdaşıyıcıların ifrazatları ilə xəstəlik törədicilərinin sulara düşməsi; 2)Xəstəliktörədicilərin virulentli formalarının su mühitində uzun müddət saxlanılması; 3)Xəstəliktörədicilərlə çirklənmiş sudan məişətdə istifadə edilməli, su anbarları ətrafında yaşayan əhali arasında yayılan xəstəliklərdən- malyariya –anofeles ağcaqanadlarının artması səsəbindən çoxalır. Sənaye sahələrinin çirkabının su hövzələrdə balıqları, xərçəngi, ilbizləri yeyilməz dərəcədə zəhərləyir. Yekun. İri su anbarları əhalinin iqtisadi, məişət, sosial-ictimai, həyat tərzinə, sağlamlığına müsbət təsir etməklə yanaşı epidemioloji vəziyyətinə, gərginləşməsinə və bəzi xəstəliklərin yayılmasında heyvanlar arasında invazion xarakterli parazitlərin artmasına da səbəb ola bilər.